BolgeXeber.Com » Xəbərlər » Ramazan ayı mayın 6-da başlayır

Ramazan ayı mayın 6-da başlayır

18-04-2019, 14:06
Oxunub: 2 044 Ramazan ayı mayın 6-da başlayırRamazan ayının ilk günü may ayının 6-na təsadüf edir.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Təşkilat şöbəsinin müdiri Əlirza Qafarov deyib.

O bildirib ki, may ayının 5-i axşamı niyyət axşamı, 6-sı Ramazan ayının birinci günüdür: “Ramazan təqviminə əsasən, mayın 6-sı Bakıda imsak saat 03:57-də, iftar isə saat 19:56-dır. Yəqin ki, yaxın günlərdə Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası bununla bağlı fətvasını elan edəcək”.

Qeyd edək ki, Ramazan təqvimi Şamaxı Astrofizika Rəsədxanası və QMİ tərəfindən birlikdə hazırlanır.