BolgeXeber.Com » Xəbərlər » İlham Əliyev generalı və deputatı təltif etdi

İlham Əliyev generalı və deputatı təltif etdi

18-04-2019, 18:16
Oxunub: 2 269 İlham Əliyev generalı və deputatı təltif etdiPrezident İlham Əliyev Vahid Əliyevin 1-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Bolgexeber.com xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasında hərbi sahədə səmərəli fəaliyyətinə görə Vahid Əli oğlu Əliyev 1-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Vahid Əliyev Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi, Prezidenti Administrasiyası rəhbərinin müavinidir. Aprelin 19-da general-leytenantın 50 yaşı tamam olur.

İlham Əliyev Mirzəcan Xəlilovun da təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Mirzəcan Mirzəmməd oğlu Xəlilov "Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Mirzəcan Xəlilov Milli Məclisin deputatıdır. Sabah onun 65 yaşı tamam olur.