BolgeXeber.Com » Media » FM radiolar bütün ölkə üzrə yayımlanacaq - RƏSMİ

FM radiolar bütün ölkə üzrə yayımlanacaq - RƏSMİ

19-04-2019, 11:24
Oxunub: 3 317 FM radiolar bütün ölkə üzrə yayımlanacaq - RƏSMİ"Teleradio" İstehsalat Birliyi Azərbaycan üzrə FM yayımın əhatəsini genişləndirəcək

Bunu ONA-ya İB-dən deyiblər.

"Teleradio"dan bildirilib ki, bu sahədə aparılacaq işlər çərçivəsində həm "İctimai" və "Respublika" radiostansiyalarının əhatəsi genişləndiriləcək, həm də özəl radiolara da ölkə üzrə yayım təşkil etmək üçün texniki infrastruktur təklif olunacaq.

"Hazırda özəl radiolarda belə bir imkan mövcud deyil. Lakin gələcəkdə onların da bütün respublika üzrə yayımını təşkil edilməsi qarşıda duran məqsədlərdəndir", - deyə İstehsalat Birliyindən bildirib.