XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Növbəti səyyar qəbul-görüş Tərtərin Köçərli kəndində oldu-FOTO

Növbəti səyyar qəbul-görüş Tərtərin Köçərli kəndində oldu-FOTOTərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüşü Köçərli kəndində oldu.

Bolgexeber.com xəbər verir ki, qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak etdilər.

Əvvəlcə Köçərli kənd İƏD üzrə nümayəndə Mübariz Yunisov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışdı.

Sonra vətəndaşların müraciətləri dinlənildi. Sakinlərdən Şəmsəddin Hacıyev, Firdovsi Əliyev, Əkbər Hacıyev, Müşgünaz Məmmədov, İsa Yaqubov və başqaları içməli su, kənd yollarının təmiri, elektrik təsərrüfatının yenidən qurulması, suvarma arxlarının təmizlənmsi və digər məsələlər barədə müraciət etdilər.

Qaldırılan məsələlər nəzarətə götürüldü, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verildi.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əhalinin sosial müdafiəsi və sosial rifahının yüksəldilməsi istiqamətində görülən işlərdən, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışaraq, bildirdi ki, görülən işlər bundan sonra da davam etdiriləcək.

Kənd sakinləri əhalinin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildirdilər.
Növbəti səyyar qəbul-görüş Tərtərin Köçərli kəndində oldu-FOTO
Növbəti səyyar qəbul-görüş Tərtərin Köçərli kəndində oldu-FOTO
Növbəti səyyar qəbul-görüş Tərtərin Köçərli kəndində oldu-FOTO
Növbəti səyyar qəbul-görüş Tərtərin Köçərli kəndində oldu-FOTO
Növbəti səyyar qəbul-görüş Tərtərin Köçərli kəndində oldu-FOTO
Növbəti səyyar qəbul-görüş Tərtərin Köçərli kəndində oldu-FOTO
Bölmə: Bölgə | 19 aprel 2019 16:34 | Baxış sayı: 85





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: