XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

“Elit star” Cəmilənin hamam vannasında VİDEOSU YAYILDI: “Özlərinə kişi axtarırlar”

“Elit star” Cəmilənin hamam vannasında VİDEOSU YAYILDI: “Özlərinə kişi axtarırlar”“İndi aşpazlar, ərindən boşananlar müğənni olur”

Bu sözləri Lent.az-a açıqlamasında “Elit star” ləqəbi ilə tanınan müğənni Cəmilə İsgəndərova həmkarı Rövşən Civişovla birgə ifa etdikləri “İnşallah” klipini təqdim edərkən deyib.

O bildirib ki, indi müğənni olmaq asandır: “Artıq 25 ildən çoxdur ki, sənətdəyəm. İllər ərzində necə parlayıb, sönən ulduzlar gördüm. Əvvəllər müğənnilərə daha çox hörmət edirdilər. Amma indi bəzi müğənnilər öz peşələrini hörmətdən salıblar. Səsi olan, olmayan şou-biznesə gəlir. Zamanında mənim üçün yemək bişirənlər, maşın yuyanlar, indi müğənnilik edirlər. Bəzi qadın müğənnilər də ərlərindən boşanandan sonra, özlərinə kişi axtarırlar, tapırlar, şou aləminə gəlirlər. Bunu kimisə aşağılamaq üçün demirəm. Müğənni olmaq üçün gərək peşəkarlardan dərs alasan. Bəziləri özünü mənimlə müqayisə edir. Bu, gülüncdür. Onlardan fərqli olaraq, mən müxtəlif dilləri bilirəm, özüm də idmançıyam. Bu günə qədər də bədənimə bıçaq dəyməyib”.


Cəmilə Rövşən Civişovla yeni klipindən də söz açıb: “Bu ekran işində müxtəlif obrazları canlandırdıq. Hətta hamam vannasına da girdim. Düşünürəm ki, sənət üçün risk etmək vacibdir. Rövşənlə birgə bu işə imza atdıq. Fərqli bir işin ərsəyə gəldiyini deyə bilərəm.

Qeyd edək ki, “İnşallah” adlı bəstənin sözləri Elçin Məhərrəmova, musiqisi Ruslan Səfəroğluna məxsusdur. Klipipi rejissor Türkay Azəri ekranlaşdırıb.




Bölmə: Şou-Biznes | 19 aprel 2019 17:04 | Baxış sayı: 144





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: