BolgeXeber.Com » Dünya » Perunun eks prezidentinin intihar öncəsi yazdığı məktub tapıldı: “ÖLÜMÜM NİFRƏT ƏLAMƏTİDİR...”

Perunun eks prezidentinin intihar öncəsi yazdığı məktub tapıldı: “ÖLÜMÜM NİFRƏT ƏLAMƏTİDİR...”

20-04-2019, 10:37
Oxunub: 2 925 Perunun eks prezidentinin intihar öncəsi yazdığı məktub tapıldı: “ÖLÜMÜM NİFRƏT ƏLAMƏTİDİR...”Perunun sabiq prezidenti Alan Qarsia vida məktubunda korrupsiya uttihamlarını rədd edib

Keçmiş dövlət başçısı öz ölümünü “rəqiblərə qarşı nifrət əlaməti” adlandırıb.

Savash.org “El Tiempo”-ya istinadən xəbər verir ki, Perunun intihar etmiş sabiq prezidenti Alan Qarsia ölümqabağı məktubunda korrupsiyada günahı olmadığını yazıb.

Sabiq prezident Qarsia məktubunda rüşvət almadığını bildirib. “Ölkə idarəçiliyində yol verdikləri səhvlər üzündən rəqiblərimiz mənim adımın kriminallaşdırılması strategiyasını seçdilər. Amma məni ifşa edəcək heç bir dəlil-sübut tapa bilmədilər və mən yenə də onları məğlub etdim. Çünki onlar öz spekulyasiyalarından və xəyal qırıqlıqlarından savayı heç nə tapa bilməzlər. Nə bank hesabları, nə rüşvətlər, nə də var-dövlət olmayıb”,- deyə o, yazıb.

Qarsia həmçinin bildirib ki, onun ölümü “ rəqiblərə qarşı nifrət əlaməti”dir. “Mən artıq özüm üçün müəyyən etdiyim missiyanı yerinə yetirdim”,- deyə o, vurğulayıb.

Xatırladaq ki, 69 yaşlı Qarsiya intihar cəhdindən sonra aprelin 17-də Lima xəstəxanasında dünyasını dəyişib. Polis əməkdaşları korrupsiyada ittiham olunan Qarsianı saxlamağa çalışdığı zaman o, özünü güllələyib.