BolgeXeber.Com » Xəbərlər » Lerikin yuxarı ərazilərində qar fəsadlar yaradıb (FOTO)

Lerikin yuxarı ərazilərində qar fəsadlar yaradıb (FOTO)

20-04-2019, 11:53
Oxunub: 1 833 Lerikin yuxarı ərazilərində qar fəsadlar yaradıb (FOTO)Lerikin yuxarı ərazilərində qar fəsadlar yaradıb.

"Report"un verdiyi xəbərə görə Lerik rayonunun ucqar ərazilərində enerji verilişində problemlər yaranıb. Orand kəndində də iki gündür ki, işıqlar yanmır. Elektrik təsərrüfatı işçilərinə kənd camaatı da köməklik göstərərək yaranan problemlərin aradan qaldırılması istiqamətində işlər görür. Kənd sakinlərinin bildirdiyinə görə ərazidə qarın hündürlüyü 15-20 sm təşkil edir. Çiçəkləyən meyvə ağaclarını don vurub, təsərrüfatlara ziyan dəyib. Nuravud, Pirəsora kəndlərində, xüsusilə də Kömürgöy ərazisində qar daha çox yağıb. Şaxtalı hava səbəbindən yollar buz bağlayıb.

Rayon mərkəzinə də qar yağsa da yerdə qalmayıb. Bu səbəbdən hər hansı problem yaşanmayıb. Qar yağmaqda davam edir.
Lerikin yuxarı ərazilərində qar fəsadlar yaradıb (FOTO)
Lerikin yuxarı ərazilərində qar fəsadlar yaradıb (FOTO)
Lerikin yuxarı ərazilərində qar fəsadlar yaradıb (FOTO)