Vidadi Bərdəlinin oğlunun işinə yenidən baxılacaq
20-04-2019, 13:01
Oxunub: 1 936
Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirləndirilən Tuncay Vəliyev və Fərman Ocaqquliyevin məhkəməsi yenidən start götürüb.
Bolgexeber.com "Qafqazinfo"ya istinadən xəbər verir ki, mart ayında prosesin ilk iclası keçirilsə də, cinayət işində kobud prosessual pozuntular aşkarlanmışdı. Buna görə də hakim Azad Məcidov cinayət işinin yenidən araşdırılması, bu pozuntuların aradan qaldırılması üçün işi ibtidai istintaqa qaytarmışdı. Təxminən bir ay sonra prokurorluq cinayət işini təkrar tamamlayaraq yenidən məhkəməyə göndərib. Bu dəfə də iş eyni hakimin sədrliyi ilə araşdırılacaq. İlk iclas aprelin 26-na təyin edilib.
İttihama görə, əvvəllər məhkum olunmuş T.Vəliyev və F.Ocaqquliyev 2018-ci il iyunun 7-də, gecə saat 3 radələrində Nəsimi rayonunun Ə.Topçubaşov küçəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rəşad Hüseynovu taksi kimi fəaliyyət göstərdiyi avtomobilində bıçaqlayaraq qətlə yetiriblər.
T.Vəlizadənin yaşadığı evdən narkotik vasitə olan heroin və ambunika aşkar edilərək götürülüb.
Qeyd edək ki, T.Vəliyev mərhum müğənni Vidadi Bərdəlinin oğludur. Tuncay bir müddət müğənni kimi fəaliyyət göstərib.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər