Hava nə vaxt isinəcək?
20-04-2019, 14:18
Oxunub: 1 529
Ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti aprel ayının 24-nə qədər davam edəcək.
Bolgexeber.com xəbər verir ki, bu barədə oxu.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev məlumat verib. Baş hidroloq xatırladıb ki, aprelin 19-u gündüz saatlarından başlayan qeyri-sabit hava şəraiti hələ də davam edir:
"Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb. Naxçıvan MR-nın və Lənkəran-Astara zonasının bir sıra ərazilərində yağıntılar intensiv olub.
Eyni zamanda Naxçıvan MR-nın Ordubad rayonun dağlıq ərazilərində, Daşkəsən, Gədəbəy, Göygöl, Kiçik Qafqazda, eləcə də Böyük Qafqaz ərazilərində intensiv yağntılar müşahidə edilib”.
A.Verdiyevin sözlərinə görə, intensiv yağıntılar nəticəsində respublika ərazisindəki çaylarda suyun səviyyəsi artıb:
"Respublika çaylarında sululuğun artımı davam edib. Əsasən, Lənkəran-Astara bölgəsinə aid olan Lənkərançayda, eyni zamanda Kiçik Qafqaz ərzisinə axan Zəyəmçayda və Qanıx, Araz çaylarında da artım müşahidə edilib.
Ümumilikdə isə ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti aprel ayının 24-ə qədər davam edəcək”.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə