Deputata məxsus “Porsche” ilə piyadanı vuran sürücünün məhkəməsi başlayır
20-04-2019, 16:59
Oxunub: 1 932
Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Fərdi Abbasovun və Azər Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
ONA-nın xəbərinə görə, cinayət işi materialları araşdırılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib. İş üzrə zərərçəkmiş qismində Milli Məclisin deputatı Cavanşir Feyziyev tanınıb.
Cinayət işi hakim Tərlan Əkbərovun icraatında araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı yaxın günlərdə məlum olacaq.
Xatırladaq ki, qeyd edilən qəza Xəzər rayonu Qala qəsəbəsi ərazisində baş verib. Belə ki, “Porsche Cayenne GTS” markalı, 90 FC 111 dövlət qeydiyyat nişanlı avtomobil Mərdəkan istiqamətində hərəkət edərkən 40-45 yaşlı qadını vurub. Zərbənin gücündən yolun əks istiqamətinə düşən qadın “Wolksfagen Passat” markalı, 99 CD 689 nömrə nişanlı avtomobilin altında qalıb və yerindəcə keçinib.
İlkin araşdırmalar zamanı ölən qadının, 1975-ci il təvəllüdlü Hüseynova Sevinc Cabir qızı olması müəyyənləşib. Qəzanı törədən Abbasov Fərdi Həsənağa oğlu cinayət məsuliyyətinə cəlb edilib.
O da məlum olub ki, “Porsche Cayenne GTS” markalı avtomobil deputat Cavanşir Feyziyevin adınadır.
Çox Oxunanlar
- 23-02-2024, 17:41 : Türkiyədə zəlzələ baş verdi
Dünya / Xəbərlər
- 23-02-2024, 12:24 : 730-cu gün: Rusiyanın itkiləri açıqlandı
Dünya / Xəbərlər
- 23-02-2024, 15:51 : "Dalğa Arena"nın adı dəyişdirildi
İdman / Xəbərlər
- 23-02-2024, 15:17 : Türkiyə ordusu 4 PKK terrorçusunu məhv etdi
Dünya / Xəbərlər
- 23-02-2024, 17:19 : Vətəndaşların pulunu mənimsədi, həbs edildi
Sosial / Xəbərlər
- 23-02-2024, 16:49 : Ukrayna və Danimarka təhlükəsizlik sazişi imzalayıb
Dünya / Xəbərlər
- 23-02-2024, 16:10 : Prezident fərman imzaladı
Siyasət / Xəbərlər
- 16-03-2024, 09:49 : Forum iştirakçılarının sayı rekord həddədir
Analitika / Xəbərlər
- 23-02-2024, 11:55 : İlham Əliyev Yaponiya İmperatorunu təbrik etdi
Siyasət / Xəbərlər
- 23-02-2024, 10:22 : Neft bahalaşdı
Xəbərlər / İqtisadiyyat