BolgeXeber.Com » Ölkə » Qala divarlarına bitişik obyekt tikilir? – Foto

Qala divarlarına bitişik obyekt tikilir? – Foto

22-04-2019, 12:15
Oxunub: 2 802 Qala divarlarına bitişik obyekt tikilir? – FotoBakının tarixi məkanlarından hesab edilən və tarixi irs kimi qorunan Qoşa Qala qapısının yaxınlığında qala divarlarına bitişik obyekt inşa edilir.

Bu barədə məlumatı "Təmiz Bakı” səhifəsi paylaşıb.

Fotodan aydın görünür ki, yeni inşa edilən obyekt qala divarlarına bitişik formada tikilir. Tikintinin kimlər tərəfindən aparıldığı məlum deyil. İşlər yaxın günlərdə başlayıb və olduqca sürətlə aparılır.

İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətinin rəhbəri Rahib Azəri Axar.az-a açıqamasında məsələyə ancaq sorğu göndərildikdən sonra cavab verə biləcəyini bildirib.