XƏBƏR LENTİ
Neft yenidən ucuzlaşıb
17 sentyabr 09:38
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

"Hər kəs Azərbaycan dilinin Orfoqrafiya Normalarına riayət etməyə başlamalıdır” - Dilçilik İnstitutunun direktoru

 "Hər kəs Azərbaycan dilinin Orfoqrafiya Normalarına riayət etməyə başlamalıdır” - Dilçilik İnstitutunun direktoru “Mətbuat, təhsil işçiləri, yazıçı və şairlər, eləcə də yazı sənəti ilə məşğul olan hər bir şəxs yenicə təsdiqlənmiş Azərbaycan dilinin Orfoqrafiya Normaları əsasında bütün qaydalara riayət etməyə başlamalıdırlar”.

Bunu “Report”a açıqlamasında AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.

O bildirib ki, Azərbaycan dilinin Orfoqrafiya Normaları Nazirlər Kabineti tərəfindən təsdiqlənib ictimaiyyətə təqdim edildiyi gündən qüvvəyə minib. Buna görə də Normalarda əks olunan qaydalara riayət olunmalıdır: “Normaları Baş Nazir Novruz Məmmədov təsdiq edib və artıq burada öz əksini tapan qaydalara riayət olunması zəruridir. Normaların əsasında Azərbaycan dilinin Orfoqrafiya lüğəti hazırlanır. Orfoqrafiya lüğəti may ayında hazır olacaq və sentyabr ayında isə nəşr olunaraq ictimaiyyətə təqdim ediləcək. Amma cəmiyyət lüğətin çapdan çıxmasını gözləməməlidir, hər bir şəxs sözlərin yazılış qaydasına riayət etməlidir. Yenə deyirəm ki, yeni Normalarda əks olunan sözlərin yazılışına riayət olunmalıdır”.

Qeyd edək ki, Azərbaycan dilinin Orfoqrafiya Normaları ali və orta məktəblərdə, eləcə də ali təhsil müəssisələrinə qəbul üçün keçirilən bu ilki imtahanlara aid olmayacaq.
Bölmə: Müsahibə-Reportaj | 22 aprel 2019 12:38 | Baxış sayı: 97





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: