BolgeXeber.Com » Xəbərlər » Bakıda 26 yaşlı qız burun əməliyyatından sonra öldü

Bakıda 26 yaşlı qız burun əməliyyatından sonra öldü

22-04-2019, 14:40
Oxunub: 1 992 Bakıda 26 yaşlı qız burun əməliyyatından sonra öldüBakıda gənc qız burun əməliyyatından sonra dünyasını dəyişib

Bolgexeber.com Trend-ə istinadən xəbər verir ki, 1992-ci il təvəllüdlü Gülyaz Hacıyeva keçirdiyi burun əməliyyatından sonra dünyasını dəyişib. Yaxınlarının verdiyi məlumata görə, gənc qız özəl klinikaların birində 15 gün ərzində 3 dəfə əməliyyat olunub. İlk əməliyyatını aprelin 3-də keçirən G.Hacıyeva burun çəpərinin əyriliyi və artıq ətdən əziyyət çəkirmiş.
Xanımın sonuncu əməliyyatı aprelin 17-si baş tutub. Sonuncu əməliyyatda gənc qızın qanında laxtalanma olmadığından o, çoxlu qan itirib və bu səbəbdən komaya düşüb.
G.Hacıyeva 18-i gecə saatlarında dünyasını dəyişib.
Bakıda 26 yaşlı qız burun əməliyyatından sonra öldü