BolgeXeber.Com » Ölkə » İlham Əliyev Qazaxda yol tikintisinə 6,8 milyon manat ayırdı

İlham Əliyev Qazaxda yol tikintisinə 6,8 milyon manat ayırdı

22-04-2019, 16:45
Oxunub: 2 218 İlham Əliyev Qazaxda yol tikintisinə 6,8 milyon manat ayırdıPrezident İlham Əliyev aprelin 22-də “Qazax rayonunun Daş Salahlı–Ürkməzli–Dəmirçilər avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

On üç min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Daş Salahlı–Ürkməzli–Dəmirçilər avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 6,8 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.