XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Rəhimovun Masallıdakı adamına ittiham - GİLEY

Rəhimovun Masallıdakı adamına ittiham - GİLEYAprel zəfəri kutlamalarının hələ səngimədiyi günlərdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon Şöbəsinin II bölməsinin rəisi Ceyhun adlı zabiti sağlıq durumu qənaətbəxş olmayan çağırışçıları hərbi mükəlləfiyyətə cəlb etməkdədir

Bu barədə mediatv.az saytı məlumat yayıb.
Saytın yazdığına görə, Masallı rayonundan çağırışçı olan Əbilov Azər Alxas oğluna qarşı qanunsuzluqlar törədilmiş , tam yoxlanılmamış, xəstə olduğu halda hərbi hissəyə göndərilib.
Mediatv.az-a verilən məlumata görə, Azər ruhi xəstədir, Rusiya Fedarasiyasında kəllə-beyin travması alıb, psixiatriya dispanserində müayinə olunub və nevroloji xəstə olduğu təsdiqlənib.Belə ki çağırışçı bu ilin mart ayında Lənkəran Rayonlararası Psixiatriya Xəstəxanasında iki gün yatıb və psixoloji problemi olduğu qeyd edilib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon Şöbəsinə təqdim olunmuş tibbi sənədləri gizlədilərək yenidən aprel ayında Lənkəran Rayonlararası Psixiatriya Xəstəxanasına çağırışçını yollamış və 08.04.2019-cu il tarixdə çağırışçı Azər Əbilovu həmin gün Lənkəran Rayonlararası Psixiatriya Xəstəxanasının "xəstənin satasionar tibbi kartası"ndan çıxarışının nəticələrinə məhəl qoymadan (əvvəlki çıxarışların gizlədilməsi ilə) və hərbi komissarlıqda heç bir həkim müayinəsindən keçirmədən "N" saylı hərbi hissəyə həqiqi hərbi xidmətə göndərmişdir.Ortaya haqlı sual çıxır: "Belə ruhi xəstə olan vətəndaşın həqiqi hərbi xidmətə göndərilməsindən sonra baş verə biləcək hər hansı bir hadisəyə görə kim məsuliyyət daşımalıdır?"
İyirmi gün ərzində bir çağışçını Lənkəran Rayonlararası Psixiatriya Xəstəxanasına yollamaqda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon Şöbəsi görəsən nə məqsəd güdür?
Mövzu diqqətimizdədir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Bölmə: Gündəm | 23 aprel 2019 13:49 | Baxış sayı: 124





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: