BolgeXeber.Com » Bölgə » Goranboyda icra başçısının sabiq birinci müavininə yeni vəzifə verilib

Goranboyda icra başçısının sabiq birinci müavininə yeni vəzifə verilib

24-04-2019, 11:21
Oxunub: 3 586 Goranboyda icra başçısının sabiq birinci müavininə yeni vəzifə verilibGoranboy Rayon İcra Hakimiyyətində Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə yeni təyinat olub.

ONA-nın yerli bürosunun məlumatına görə, bir qədər öncə bu vəzifədən azad olunmuş İlham Həsənqulu oğlu Məmmədovun yerinə Ceyhun Əli oğlu Həsənov təyin edilib.

Qeyd edək ki, Ceyhun Həsənov vaxtilə Goranboy Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb.