BolgeXeber.Com » Gündəm » Kəlbəcərin işğal gününü Abiyevlər şadyanalıqla qarşıladı

Kəlbəcərin işğal gününü Abiyevlər şadyanalıqla qarşıladı

2-04-2011, 15:25
Oxunub: 7 972

Bu günMasallı rayon icra hakimiyyəti başçısının müavini Nadir Abiyev oğluna toy edir

Keçmiş millət vəkili, hal-hazırda Daşkəsən rayonunun icra başçısı Əhəd Abiyevin qardaşı, Masallı rayon icra hakimiyyəti başçısının müavini Nadir Abiyev Kəlbəcər rayonunun işğalının ildönümündə oğluna dəbdəbəli şəkildə toy mərasimi keçirir. Masallı rayonundakı mənbələrimizdən Bölgə-xəbər.com-a daxil olan məlumatda deyilir ki,bu gün Nadir Abiyev, oğlu Siyab Abiyev üçün Masallı rayonunda yerləşən “Xan sarayı” şadlıq evində təntənəli surətdə törən hazırlayıb. Verilən məlumatlara görə Nadir Abiyevin yeni qohumu Vergilər Nazirinin müavinlərindən biridir. Qeyd edək ki, mərasimdə Əhəd və Nadir Abiyev qardaşlarına yaxın olan bir sıra orta və yüksək çinli məmurların iştirak edəcəyi şübhəsizdir.

Məlumat üçün deyək ki, bu gün Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğal edilməsindən 17 il keçir. 1936 kvadrat kilometr ərazisi, 60 min əhalisi, 128 kəndi olan Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə 55 hərbçi və 220 mülki şəxs həlak olub, minlərlə sakin yaralanıb, 321 nəfər əsir götürülüb. O vaxtkı qiymətlərlə rayonun xalq təsərrüfatına 703 milyard 528 milyon rubl ziyan dəyib.

Rayon işğal olunarkən 140 iri və orta müəssisə, 90 məktəbəqədər uşaq müəssisəsi, 115 ümumtəhsil məktəbi, 1 texniki peşə məktəbi, 107 xəstəxana və tibb müəssisələri, 214 mədəniyyət ocağı ermənilər tərəfindən yandırılıb, darmadağın edilib. Artıq 17 ildir Kəlbəcər rayonunun əhalisi ölkənin 61 rayon və şəhərində məskunlaşıblar.

Təəssüf edici bir haldır ki, Abiyevlər Azərbaycanın belə bir ağır günündə şadyanalıq planlaşdırıblar. Bunun isə ölkə və millət üçün necə bir biabırçı hal olduğunu şərh etmək sadəcə mümkün deyil. Hər kəs Azərbaycanın paytaxt və bölgələrində ürək ağrısı ilə Kəlbəcərin işğalının anım mərasimini keçirərkən, bir qrup məmur məhz belə bir faciəli gündə şadyanalıq etməsini başa düşmək olmur.