BolgeXeber.Com » İdman » Məsut Özil “Arsenal”dan ayrılır

Məsut Özil “Arsenal”dan ayrılır

24-04-2019, 15:01
Oxunub: 3 726 Məsut Özil “Arsenal”dan ayrılırBu mövsüm Premyer Liqada işləri istədiyi kimi getməyən “Arsenal” yeni mövsümdə heyətini yeniləməyi planlaşdırır.

Modern.az xəbər verir ki, “Topçular” ilk olaraq yüksək maaşlı futbolçulala yolları ayıracaq. Unay Emerinin hazırladığı siyahının lap əvvəlində əslən türkiyəli olan alman futbolçu Məsut Özil yer alır. Komanda həftəlik 350 min funt sterlinq maaş alan 30 yaşındakı futbolçunu satmağı hədəfləyir. Həmçinin, həftlik 180 min funt sterlinq qazanan erməni Herix Mixtaryanla da yollar ayrılacaq.

Qeyd edək ki, mövsümün sonunda ayrılacaqları dəqiqləşən Peter Çex və Aron Rəmseyin də maaşlarından qurtulacaq “Arsenal” daha güclü heyət qurmaq planına sahib olacaq.