XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Dünyanın ən gözəl qadınının adı açıqlandı – Foto

Dünyanın ən gözəl qadınının adı açıqlandı – FotoABŞ-ın məşhur “People” jurnalı planetin ən gözəl qadınını müəyyənləşdirməyə çalışıb

Nəşrin versiyasına görə, dünyada amerikalı aktrisa Cennifer Qarnerdən gözəli yoxdur.
Bizimyol.info xəbər verir ki, “People” Qarnerin şəklini xüsusi buraxılışın üz səhifəsində verib. Jurnal yazır ki, aktrisa eyni zamanda üç işi – Hollivud filmlərindəki çəkilişləri, “Once Upon a Farm” orqanik ərzaqlar şirkətinin istehsal prosesinə nəzarəti, “Save the Children” uşaqlara kömək hərəkatındakı fəaliyyəti çatdıra bilir.

Qarner “People” jurnalına müsahibəsində gəncliyində özünü heç vaxt cazibəli qadın saymadığını söyləyib. Hətta valideynləri də ona kompliment demirmiş. Aktrisa etiraf edib ki, asudə vaxtlarında, adətən, idman tərzində geyinir və düz-əməlli makiyaj etməyi bacarmır. Qarner fotosessiyadan evə qayıdanda özünü daha cazibədar hiss etdiyini bildirib. Çünki övladları kosmetikanı silib, saçlarını açmasını xahiş edir: “Mənim üçün kompliment budur. İstəyirlər ki, sadəcə onların anası kimi görünüm”.

Dünyanın ən gözəl qadınının adı açıqlandı – Foto
Cennifer Qarner
Cennifer Qarner | Foto: Reuters / Danny Moloshok
Qarner aktrisa olmaqla yanaşı, həm də prodüserdir. “Perl-Harbor”, “Bacarırsansa, tut”, “Dallas alıcılar klubu”, “Müqəddəs Valentin Günü” kimi məşhur filmlərdə çəkilib. 2005-ci ildə Ben Affleklə evlənsə də, iki il əvvəl ayrılmaq qərarına gəliblər.

“People” keçən il müğənni Pinki dünyanın ən gözəl qadını adlandırmışdı.
Dünyanın ən gözəl qadınının adı açıqlandı – Foto

Bölmə: Fotoqalereya | 25 aprel 2019 11:18 | Baxış sayı: 132





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: