BolgeXeber.Com » Dünya » Alçanın kiloqramı 100 dollara satılır

Alçanın kiloqramı 100 dollara satılır

25-04-2019, 14:35
Oxunub: 3 043 Alçanın kiloqramı 100 dollara satılırİranın paytaxtı Tehranın şimalında 1 kq alça 4 milyon riala (təxminən 95,2 dollar) satılır.

Bolgexeber.com-un Trend-ə istinadla verdiyi xəbərə görə, bunu Tehran Meyvə və Göyərti Satıcıları Birliyinin sədri Əsədulla Kargər deyib.

Ə.Kargərin sözlərinə görə, hazırda alça üçün qiymət 2-4 milyon rial (təxminən 47,6-95,2 dollar) təklif olunur.
Birlik sədri əlavə edib ki, bu qiymət əsla məntiqəuyğun deyil.