BolgeXeber.Com » Ölkə » Azərbaycanda havanın temperaturu 25 dərəcəyə yüksələcək

Azərbaycanda havanın temperaturu 25 dərəcəyə yüksələcək

26-04-2019, 14:41
Oxunub: 3 308 Azərbaycanda havanın temperaturu 25 dərəcəyə yüksələcəkBakıda və Abşeron yarımadasında aprelin 27-də havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir

Mülayim cənub küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ONA-ya verilən xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 10-14, gündüz 17-21, Bakıda gecə 12-14, gündüz 18-21 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu , nisbi rütubət gecə 60-70, gündüz 40-50 faiz olacaq. Azərbaycanın rayonlarında aprelin 27-də hava əksər rayonlarda əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-12, gündüz 20-25, dağlarda gecə 2-7, gündüz 9-14 dərəcə isti təşkil edəcək.