XƏBƏR LENTİ
Navalnı azad edildi
23 avqust 12:23
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edibPrezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib.

Bolgexeber.com xəbər verir ki, təbrikdə deyilir: "Sizi – Azərbaycanın bütün xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə cansağlığı, xoşbəxtlik və əmin-amanlıq arzularımı yetirirəm.

Yüz illər boyu Azərbaycanda müxtəlif dinlərin və xalqların nümayəndələrinin sülh, qarşılıqlı hörmət və etimad şəraitində yaşaması müasir dünyada ölkəmizi nümunəvi tolerantlıq məkanı və multikulturalizm mərkəzlərindən biri kimi tanıtmışdır. Etnik-dini müxtəlifliyin və multikultural ənənələrin qorunub saxlanılması və təşviqi dövlət siyasətimizin prioritet istiqamətlərindən biridir. Azərbaycanın bu sahədə zəngin təcrübəsi açıq şəkildə göstərir ki, multikulturalizm cəmiyyətdə həmrəyliyi, harmoniyanı və qarşılıqlı anlaşmanı gücləndirməyin yeganə yoludur.
Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, bu gün cəmiyyətimizin ayrılmaz hissəsi olan xristian icması digər dini etiqadların mənsubları ilə birgə respublikamızın tərəqqisi naminə həyata keçirilən böyük quruculuq işlərində, ictimai-siyasi və sosial-mədəni həyatımızın bütün sahələrində yaxından iştirak edir. Əminəm ki, xristian həmvətənlərimiz bundan sonra da ümumi evimiz olan Azərbaycanın daha da güclənməsi naminə səylərini əsirgəməyəcəklər.

Dirçəlişi, yeniliyi, mərhəmət və şəfqət duyğularını təcəssüm etdirən Pasxa bayramı insanların qəlbində inam və gələcəyə ümid hissi oyadır, onları xeyirxahlığa yönləndirir. Bu əziz gündə bir daha sizə xoş bayram ovqatı, ailələrinizə sevinc və rifah arzulayıram.

Bayramınız mübarək olsun!"
Bölmə: Gündəm | 26 aprel 2019 18:21 | Baxış sayı: 109





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: