BolgeXeber.Com » Siyasət » ABŞ vətəndaşlarına çağırış etdi: bu ölkəyə səfər etməyin

ABŞ vətəndaşlarına çağırış etdi: bu ölkəyə səfər etməyin

27-04-2019, 14:06
Oxunub: 2 755 ABŞ vətəndaşlarına çağırış etdi: bu ölkəyə səfər etməyinABŞ Dövlət Departamenti ölkə vətəndaşlarını terrorizmə görə Şri-Lankaya səfər etməməyə çağırıb.

ONA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi saytında yerləşdirilən bəyanatda deyilir.

Bəyanata əsasən, Dövlət Departamenti ABŞ hökuməti əməkdaşlarının bütün məktəb yaşlı ailə üzvlərinin ölkədən çıxarılmasını əmr edib.
“Terror qruplaşmaları Şri-Lankada hücumlar həyata keçirməyə dava edirlər. Terrorçular xəbərdarlıq etmədən turistik ərazilərə, nəqliyyat qovşaqlarına, bazarlara, ticarət mərkəzlərinə, hökumət qurumlarına, hotellərə, klublara, restoranlara, məbədlərə, parklara, idman və mədəniyyət tədbirlərinə, təhsil mərkəzlərinə, hava limanlarına, xəstəxanalara və digər ictimai yerlərə hücum edə bilərlər”, - deyə bəyanatda qeyd edilir.

Qeyd edək ki, son günlər Şri-Lankada törədilən silsilə terror hücumlarında 321-ə yaxın şəxs həyatını itirib. Hücumlara görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb