BolgeXeber.Com » İdman » "Formula 1": “Williams” komandasının pilotu qəza törətib

"Formula 1": “Williams” komandasının pilotu qəza törətib

27-04-2019, 19:11
Oxunub: 3 562 "Formula 1": “Williams” komandasının pilotu qəza törətib"Formula 1" üzrə SOCAR Azerbaycan Qran-prisinin sıralama turunda “Williams” komandasının pilotu Robert Kubitsa qəza törədib.

"Report"un məlumatına görə, pilot trekin ən ensiz hissəsində idarəetməni itirərək təhlükəsizlik baryerinə çırpılıb. Bolid sıradan çıxdığı üçün Robert Kubitsa turu davam etdirə bilməyib. Pilot və bolid evakuasiya edilib.

Qeyd edək ki, sıralama turunun nəticəsinə əsasən, sabah keçiriləcək əsas yarışda pilotların düzülüşü müəyyənləşir.