XƏBƏR LENTİ
Navalnı azad edildi
23 avqust 12:23
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

"Qarabağ" Qurban Qurbanovun rəhbərliyi altında 200-cü qələbəsini qazanıb

"Qarabağ" Qurban Qurbanovun rəhbərliyi altında 200-cü qələbəsini qazanıbFutbol üzrə Azərbaycan Premyer Liqasının XXVI turu 3 yubileylə əlamətdar olub.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “Qarabağ” klubu “Zirə” ilə səfər oyununda baş məşqçisi Qurban Qurbanovun rəhbərliyi altında 200-cü çempionat qələbəsini qazanıb.

2008-ci ildən Ağdam komandasına rəhbərlik edən 47 yaşlı mütəxəsis 11 ildə komandasını Premyer Liqada 340 oyuna çıxarıb. Bunların 200-də qələbə qazanan komanda 84 heç-heçə edib və 56 dəfə uduzub. Qurban Qurbanovun "Neftçi"dəki fəaliyyət dövrü də nəzərə alınmaqla, Premyer Liqa karyerasındakı ümumi qələbə sayı 218-dir.

“Sumqayıt” klubu isə Azərbaycan çempionatlarında yubiley oyununu keçirib. Səfərdə "Neftçi"ni 3:2 hesabı ilə məğlub etdikləri oyun “gənclik şəhəri” təmsilçisinin 250-ci matçı olub. Bu görüşlərdən 124-ü evdə, 126-sı səfərdə keçirilib. Bu müddətdə 62 qələbə qazanan komanda 66 heç-heçə edib və 122 dəfə uduzub. 239 qol vuran sumqayıtlılar 364 top buraxıb.

“Neftçi” isə Azərbaycan çempionatlarında 600-cü qolunu buraxıb. “Sumqayıt”a 2:3 hesabı ilə uduzan Bakı klubunun buraxdığı son top xoş olmayan yubiley xarakteri daşıyıb. 1992-ci ildən bütün ölkə çempionatlarında iştirak edən bakılılar 775 matçda bu qədər qola üzülüb. Bunlardan 259-u evdə, 327-si səfərdə, 14-ü neytral meydanda qeydə alınıb.

Qeyd edək ki, ölkə çempionatında ən çox qol buraxan komanda “Turan”dır – 690 top. “Sumqayıt” isə Premyer Liqada 250 və daha çox oyun keçirən 17-ci klubdur.
Bölmə: İdman | 29 aprel 2019 15:45 | Baxış sayı: 73





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: