XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

İnstaqramda bir paylaşımı 5 min manata edirlər

İnstaqramda bir paylaşımı 5 min manata edirlərMəşhur simalar İnstaqram səhifələrində yayımladıqları reklam qarşılığında aldıqları qonorarı açıqlayıblar.

Axşam.az-ın məlumatına görə, “ATV maqazin onlarla” tanınmışlara bunla bağlı sual ünvanlayıblar.

Elza Seyidcahan bildirib ki, oradan çox yaxşı qazanc əldə edir.

Sevda Yahyayeva bildirib ki, çəkildiyi reklamlardan və İnstaqram səhifəsindən o da pul qazanır.

Sevil və Sevinc Səfərovalar isə evlərinin xərcini məhz oradakı paylaşımlarla ödədiklərini bildiriblər:

“Bir post paylaşmışıq 5 min manat”.

Tünzalə Ağayeva isə İnstaqramı bazar adlandırıb:

“Bəlli qiymət var. Ona isə hər kəs razılaşa bilməz. Ağır qiymətdir”.

Roza Zərgərli də İnstaqram paylaşımından pul qazanan tanınmışlardandır. O isə məbləği kamera qarşısında açıqlamaqdan qaçıb.

Gülüstan Əliyeva da sosial şəbəkədə reklamı baha qiymətə yayımlayır:

“5 minə də, 2 minə də paylaşımım olub”.

Fatimə Fətəliyeva isə bir paylaşımı 500-1000 manat arası etdiyini açıqlayıb. Fatimə paltara, zinnət əşyalarına pul vermədiyini açıqlayıb:

“15, 17 minlik dəstlər verirlər. Hətta 22 minlik dəst də verirlər ki, taxım. Paltara pul xərcləmirəm”.

Nadir Qafarzadə isə İnstaqramdan qazanılan pulları haram sayıb.
Bölmə: Şou-Biznes | 29 aprel 2019 16:29 | Baxış sayı: 57





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: