BolgeXeber.Com » İdman » Bu gün Çempionlar Liqasında ilk YARIMFİNAL

Bu gün Çempionlar Liqasında ilk YARIMFİNAL

30-04-2019, 10:11
Oxunub: 3 409 Bu gün Çempionlar Liqasında ilk YARIMFİNALBu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsi başlayacaq.


Modern.az xəbər verir ki, finala çıxmaq uğrunda mübarizəyə Londonda start veriləcək. Burada “Tottenhem” Hollandiya “Ayaks”ını qəbul edəcək.


Qeyd edək ki, mərhələnin digər ilk oyununda sabah "Barselona" "Liverpul"u qəbul edəcək.


30 aprel


Çempionlar Liqası


Yarımfinalın ilk oyunu


23:00.”Tottenhem” (İngiltərə) – “Ayaks” (Hollandiya)


1 may


23:00. "Barselona" (İspaniya) - "Liverpul" (İngiltərə)