BolgeXeber.Com » Xəbərlər » İlham Əliyev: “İslahatlara alternativ yoxdur” - VİDEO

İlham Əliyev: “İslahatlara alternativ yoxdur” - VİDEO

30-04-2019, 17:01
Oxunub: 1 960 İlham Əliyev: “İslahatlara alternativ yoxdur” - VİDEOXəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib

Prezident iclasda çıxış edib. Dövlət başçısı keçən il prezident seçkilərindən sonra islahatların yeni mərhələsinin başladığını və onun icrası üçün məqsədyönlü addımlar atıldığını bildirib.

“İslahatlara alternativ yoxdur”, - deyən Prezident İlham Əliyev vurğulayıb ki, son 15 ildə Azərbaycan qədər dünyada inkişaf edən ikinci ölkə yoxdur.

“Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və vətəndaşın rifahı üçün biz əlimizdən gələni edirik”, - deyə ölkə başçısı qeyd edib.