Tərtərdə Heydər Əliyevin ildönümü münasibəti ilə silsilə tədbirlər davam edir
30-04-2019, 18:46
Oxunub: 2 545
Aprelin 30-da Gənclər Mərkəzinin mini futbol meydançasında Tərtər Rayon İcra Hakimiyyətinin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə hazırlanmış tədbirlər planına uyğun olaraq YAP Tərtər rayon Təşkilatının, Gənclər və İdman idarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında mini futbol idman növü üzrə 16 komandanın iştirakı ilə keçirilən rayon birinciliyinə start verildi
Yarışın açılışında çıxış edən Tərtər Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini, YAP rayon təşkilatının sədri Ramiz Şabanov Ümummili Liderin anadan olmasının 96-cı ildönümü münasibətilə rayonda silsilə tədbirlərin keçirildiyini vurğuladı. Sonra Ulu Öndərin keçdiyi böyük, mənalı və şərəfli həyat yolundan danışaraq iştirakçılara məlumat verdi və daha sonra yarışı açıq elan edərək 3 gün davam edəcək yarışlarda hamıya qələbə arzuladı. Bildirdi ki, qalib komandalar YAP rayon təşkilatı və Gənclər və İdman İdarəsi tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
Bolgexeber.com
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə