BolgeXeber.Com » Siyasət » ABŞ Maduronun Venesuelanı tərk etməsini tələb edir

ABŞ Maduronun Venesuelanı tərk etməsini tələb edir

1-05-2019, 10:30
Oxunub: 2 684 ABŞ Maduronun Venesuelanı tərk etməsini tələb edirABŞ Venesuela prezidenti Nikolas Maduronun respublika ərazisini tərk etməsində israrlıdır.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu çərşənbə axşamı Birləşmiş Ştatların dövlət katibi Maykl Pompeo CNN teleşirkətinə müsahibəsində deyib.

Ona “hazırda Maduroya nə deyərdiz” sualı verilib. “Təyyarəni işə salın”, – deyə Pompeo cavab verib. O, “Venesuela prezidentinin ölkəni tərk etməsinin vaxtı çatıb” kəlməsini bir neçə dəfə təkrar edib.