Bu günün qoroskopu
28-03-2013, 10:20
Oxunub: 3 722
QOÇ - Daxili süstlüyünüz nahardan sonra səngiməyə başlayacaq. Əməkdaşlıq etdiyiniz adamlarla münasibətləri səmimiyyət üzərində qurun. Heç kimi aldatmayın. Bəxtinizdə pul da var.
BUĞA - Bürcünüz üçün olduqca mistik gündür. Təsir altına düşməkdən uzaq olun. Hər hansı ekstrasensə, münəccimə və ya falçıya müraciət etməyin. Bütün proseslərə realistcəsinə yanaşın.
ƏKİZLƏR - Martın bu dəyişkən təqvimi sizin üçün müəyyən mənada gərgin keçə bilər. Odur ki, üzərinizə düşən vəzifələrin öhdəsindən məsuliyyətlə gəlməyə çalışın. Mübahisələrdən uzaq olun.
XƏRÇƏNG - Təxminən saat 13-ə qədər bütün işlərinizi təxirə salın. Çünki bu ərəfədə hansısa cəhdinizin baştutma ehtimalı yoxdur. Sonrakı saatlarda isə maraqlı hadisələrin şahidi olacaqsınız.
ŞİR - Rəqiblərlə rastlaşma ehtimalınız böyükdür. Çalışın ki, bu hallarla üzləşəndə mübahisəyə meyl etməyəsiniz. Hava qaralanda evdə, otaq şəraitində olmağa çalışın. Təkliflərdən imtina edin.
QIZ - İşgüzar sövdələşmələr üçün olduqca əhəmiyyətli təqvimdir. Aldığınız istənilən təklifi razılıqla qarşılayın. Perspektivli pul sövdələşmələrində də iştirakınız vacibdir.
TƏRƏZİ - Şəxsi büdcənizdəki problemli durum istər-istəməz ovqatınıza da mənfi təsir göstərir. Bununla yanaşı səhhətinizi də qorumağa çalışın. Riskli hərəkətlərdən uzaq olun.
ƏQRƏB - Bir qədər qalmaqallı gündür. Bunun üçün ilk növbədə kənar təsirlərə aludə olmamalısınız. Sizə aidiyyatı olmayan məsələlərə müdaxilə etməyin. Əsas enerjinizi fəaliyyətə yönəldin.
OXATAN - Astroloji göstəricilər saat 12-15 arası əsas diqqətinizi maliyyə məsələlərinə yönəltməyinizi tövsiyə edir. Gələn ay ərzində görəcəyiniz işləri indidən sistemləşdirin.
OĞLAQ - Buraxdığınız səhvlərin xiffətini çəkməkdənsə, gələcəyə nikbin baxın. Çünki bu gün əksər sahələrdə sizə böyük irəliləyişlər bəxş edəcək. Nahardan sonra səfərə çıxmağa dəyər.
SUTÖKƏN - Saat 12-yə qədərki ərəfəni nəzərə almasaq, hər mənada uğurlu tarixdir. Maliyyə məsələlərində, əməkdaşlıq zəminində xeyli irəliləyişləriniz gözlənilir. Təzə xəbərlər də eşidəcəksiniz.
BALIQLAR - Səhhətinizdə problemlər olduğundan fəaliyyətinizdə müəyyən passivlik mümkündür. Bu isə hansısa irəliləyişin qarşısını ala bilər. Ailə üzvlərinizlə mehriban davranın.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər