Deputat: “Ümid edirəm ki, hökumət işıq limitinə də yenidən baxacaq”
1-05-2019, 11:40
Oxunub: 4 260
“Tarif Şurası istehlak olunan qaz üçün limiti 1700 kubmetrdən 2200 kubmetrə qaldırdı. Bu, hər bir halda irəliyə doğru bir addımdır, ancaq vətəndaşlarımız üçün qaneedici deyil”.
Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Fazil Mustafa Azərbaycanda əhali qrupu üzrə təbii qazın güzəştli tariflərlə illik istehlak limitinin 500 kubmetr artırılmasına münasibət bildirərkən deyib.
Deputat qeyd edib ki, o və bəzi həmkarlarının Milli Məclisdə təklifi limitin iki dəfə artırılması olmuşdu:
“Bu rəqəm 3000 kubmetri keçsəydi, demək olar ki, məsələ öz həllini tapardı. Bununla belə, təkliflərimizin səsləndirilməsindən heç bir həftə keçməmiş hökumət tərəfindən eşidilməsi və qərara yenidən baxılması müsbət tendensiya sayılmalıdır. Hər bir halda bundan sonra da məsələ diqqətimizdə olacaq, elektrik enerjisinin istehlakı ilə də bağlı vətəndaşın durumunu yüngülləşdirici addımlara ehtiyac var, ümid edirəm ki, yaxın günlərdə bu məsələdə də bir irəliləyiş olacaqdır.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər