BolgeXeber.Com » Xəbərlər » Prezident Sevda Ələkbərzadəyə mənzil hədiyyə etdi

Prezident Sevda Ələkbərzadəyə mənzil hədiyyə etdi

2-05-2019, 16:13
Oxunub: 1 932 Prezident Sevda Ələkbərzadəyə mənzil hədiyyə etdiPrezident İlham Əliyev Əməkdar artist Sevda Ələkbərzadəyə Bakıda mənzil hədiyyə edib

Bolgexeber.com xəbər verir ki, bu barədə məşhur müğənninin özü “1news.az”a müsahibəsində məlumat verib.

“Cənab prezident İlham Əliyevə bu cür hədiyyəyə, mənə göstərdiyi diqqət və inama, yaradıcılıq fəaliyyətimi yüksək qiymətləndirdiyinə görə dərin minnətdarlığımı bildirmək istəyirəm. Bu, mənim 30 illik yaradıcılıq yubileyim üçün ən böyük hədiyyədir”, - deyə S. Ələkbərzadə qeyd edib.