XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Medvedev Paşinyanı ələ saldı - Video

Medvedev Paşinyanı ələ saldı - VideoYerevanda Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin (Belarus, Rusiya, Qazaxıstan, Qırğızıstan və Ermənistan) Hökumətlərarası Şurasının iclasında kuryoz hadisə baş verib.

“Qafqazinfo”nun xəbərinə görə, iclasda çıxış edən Ermənistan baş naziri Nikol Paşinyan rusiyalı həmkarı Dmitri Medvedevin üzünə baxaraq “başqa sual yoxdursa, biz keçə bilərik” deyib.

Medvedev gülərək “Yox. Hara keçək?” deyərək Paşinyanı çaşdırıb. Pərt olmuş erməni baş nazir “sənədlərin imzalanması proseduruna” cavabını verib. Tərəflər arasındakı dialoq iclas iştirakçılarının gülüşünə səbəb olub.

N. Paşinyan sosial şəbəkələrdə müzakirələrə gətirib çıxaran sözügedən hadisə ilə bağlı açıqlama yayıb: “Feysbuka girib görürəm ki, korrupsioner sistemin qalıqları sosial şəbəkələrdə bu qədər asanlıqla “fırtına” qopara biliblər. İclas zamanı mən də daxil olmaqla digər baş nazirlər kofe fasiləsi verəcəyimizi düşünürdük. Lakin müzakirələr planlaşdırdığımızdan çox, təxminən 3 saat davam etdi. Başa düşmürəm, bütün bunları aydınlaşdırmağa məcburam?”.

Bölmə: Dünya | 02 may 2019 16:15 | Baxış sayı: 62





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: