BolgeXeber.Com » Gündəm » Sahil Babayevə “Viləş” bağçasındakı qanunsuzluqlardan şikayət edildi-Əmək müqaviləsiz işləyirlərmiş

Sahil Babayevə “Viləş” bağçasındakı qanunsuzluqlardan şikayət edildi-Əmək müqaviləsiz işləyirlərmiş

3-05-2019, 11:07
Oxunub: 7 411 Sahil Babayevə “Viləş” bağçasındakı qanunsuzluqlardan şikayət edildi-Əmək müqaviləsiz işləyirlərmiş"Mənim arxamda xanım deputat durur"

Bir neçə gün əvvəl Bolgexeber.com-da Masallıdakı “Viləş” bağçasında mövcud olan qanunsuzluqlardan bəhs edən yazılar dərc olunmuşdur.
Xatırladaq ki, həmin yazılar redaksiyamıza Masallı rayonunda fəaliyyət göstərən “Viləş” uşaq bağçasından şikayət məktubu əsasında yazılmışdır.Yazılarda bildirilirdi ki, “Viləş” uşaq bağçasının müdiri Şəfa Allahverdiyeva özəl bağçanı özünün özəl qanunları ilə idarə edir.
Yzıda “Viləş” uşaq bağçasında baş verən çoxsaylı qanunsuzluqlar öz əksini tapıb.Bildirlirdi ki, Şəfa xanıma bağçada mövcud olan problemlər barədə sübutlar gətirilsə də o bunları bir qayda olaraq qəbul etmir.

Yazıda həmçinin qeyd edilir ki, dəfələrlə tərbiyəçilərin, müəllimlərin ucbatından uşaqların başı,gözü,qolu,ayağı zədələnib və onlar göyərmiş vəziyyətdə evə gəliblər. Bu barədə Şəfa xanıma şikayət edəndə isə o həmişə kimi kimi özlərində günah görmür,özünü təmizə çıxardaraqdeyir ki,”uşaqlar evdə,çöldə yıxılıb,siz düz demirsiz”.Valideyinlər bildirəndə ki,”əgər elədirsə onda imkan verin baxaq kameraya görək doğrudanmı uşaqlar bağçada zədə almayıb” o cavab olaraq bildirir ki,bunu edə bilməz,kamera görüntülərini yalnız icra başçısı Rafil Hüseynovun icazəsi ilə baxıla bilər.Bundan başqa bağçada çalışan işçilərin maaşları kartla verilmir.Çünki, Şəfa xanım əmək məcəlləsinin maddələrini pozaraq işçilərin əksəriyyəti ilə əmək müqaviləsi bağlamayıb. Bundan başqa hörmətli prezident İlham Əliyevin ölkədə işsizliyin aradan qaldırması istiqamətində etdiyi böyük səylərin fonunda bağçada işləyənlərin işçi kimi rəsmiləşdirilməməsi də ölkə başçısının göstərişlərinə qarşı çıxmaqdır.

Valideyinlər bildiriblər ki,onlar şikayətlərində çox dərinə gedəndə Şəfa xanım bildirir ki,siz mənə heç nə edə bilmərsiz, mənim arxam möhkəmdir.Mənim arxamda xanım deputat durur. Həmin deputatın kim olduğunu bilsək də açıqlamırıq.
aparılmır?Yəqin ki,buna icra hakimiyyəti tərəfindən imkan verilmir.
Yazı dərc olunandan sonra redaksiyamıza əvvəllər “Viləş” uşaq bağçasında işləyən,lakin adıçəkilən bağçada çoxlu sayda özbaşınalıqlarla,qanunsuzluqlarla üzləşdiyindən işdən çıxan Masallı rayon sakini Sevil Nuriyeva müraciət etdi. Sevil Nuriyevanın redaksiyamıza bildirdiyinə görə yazı dərc olunandan sonra məlumata görə “Viləş” uşaq bağçasının müdiri Şəfa Allahverdiyeva artıq işçilərinə maaş kartı paylayıb və işlərinə qanuni don geyindirməyə başlayıb.
Amma çox maraqlıdır ki, Əmək və Əhalinin Sosial Müdafiə Naziri Sahil Babayevin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin region üzrə məsul işçiləri görəsən niyə indiyəcən bu bağçada Əmək Məcəlləsinin qanunlarının kobud surətdə pozulmasını görməyiblər? Halbuki,bu haqda dəfələrlə mətbuatda şikayətlər gedib və vətəndaşlar nazirliyə müraciətlər ediblər. Görəsən onlar bu qanunsuzluqları görmürlər,yoxsa görmək istəmirlər sadəcə?!
Bu gün yenidən Bolgexeber.com ilə əlaqə saxlayan Sevil Nuriyeva birdi ki,o adıçəkilən bağçada müqaviləsiz işləyib.Daha doğrusu Şəfa Allahverdiyeva onunla əmək müqaviləsi bağlamayıb.Bundan başqa bağçada digər işçilərlə də əmək müqaviləsi bağlanmayıb.Üstəlik minumun əmək haqqı ölkədə qanunla 180 manat müəyyən olunduğu halda ona qanunsuz olaraq 120 manat maaş veriblər,özü də pul maaş kartı ilə yox,əlbəəl verilib ki,bu da kobud qanun pozuntusudur. Sevil Nuriyeva bildirdi ki, “Viləş” uşaq bağçasında əmək hüquqlarının pozulması ilə əlaqədar o artıq Əmək və Əhalinin Sosial Müdafiə Naziri Sahil Babayevə şikayət məktubu göndərib.
Bolgexeber.com