BolgeXeber.Com » Dünya » Polis azərbaycanlı milyarderin limuzinini saxladı, peşman oldu - VİDEO

Polis azərbaycanlı milyarderin limuzinini saxladı, peşman oldu - VİDEO

3-05-2019, 11:41
Oxunub: 3 008 Polis azərbaycanlı milyarderin limuzinini saxladı, peşman oldu - VİDEOBu günlərdə Sankt-Peterburq polisi Azərbaycan diasporunun başçısı Vaqif Məmişovun limuzinini saxlayıb, amma bu hərəkətinə görə peşiman olub.

Yeniavaz.com-un məlumatına görə, bu barədə videokadrları hadisənin şahidi olan Sergey adlı oxucu “Fontanka” portalına təqdim edib.

O bildirib: "Sankt-Peterburqda "Rolls-Royce Phantom" avtomobili "Land Cruiser"in müşayiəti ilə İsaakiyevsk kilsəsi və "Four Seasons" oteli arasında "giriş qadağandır" işarəsi məhəl qoymayaraq hərəkət etməyə davam edib. Bunu görən üç polis avtomobili hər iki maşını dövrəyə alıb. Sürücüdən sənədlər götürülüb. Sərnişin mühafizənin müşayiəti ilə otelə daxil olub. 10 dəqiqədən sonra sənədləri qaytarıblar və avtomobillər gediblər. Mühafizəçilərdən biri yol-patrul xidmətinin əməkdaşlarına yaxınlaşaraq hər şeyin normal olub-olmadığını soruşub. Onlar isə başları ilə razılıqlarını bildiriblər".

Qeyd edək ki. А001АА178 dövlət nömrə nişanlı göy "Rolls-Royce" 30 yaşlı Arzu İsmayılovun adına qeydiyyatdan keçib. O, yol hərəkət qaydalarını pozduğuna görə indiyədək beş dəfə cərimələnib. Bu "Rolls-Royce" daha əvvəl Smolnıy gənclər siyasəti üzrə komitənin sədr müavininin adına olub. 31 yaşlı Nizami Məmişov Azərbaycan diasporunun rəhbəri, milyarder Vaqif Məmişovun qardaşoğludur.