XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Əflatun Amaşov: Azərbaycan MDB dövlətləri arasında senzuranı ləğv edən ilk ölkədir

Əflatun Amaşov: Azərbaycan MDB dövlətləri arasında senzuranı ləğv edən ilk ölkədirAzərbaycanda elə bir insan yoxdur ki, öz fikirlərini bölüşərkən hansısa maneə ilə üzləşsin.

Trend-in məlumatına görə, bunu Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov deyib.

O bildirib ki, Azərbaycanda 1998-ci ildə ulu öndər Heydər Əliyevin siyasi iradəsinin nəticəsi olaraq mətbuat üzərindən senzura götürülüb:

"Azərbaycan MDB dövlətləri arasında senzuranı ləğv edən ilk ölkədir. Bu gün Azərbaycan mətbuatı hərtərəfli tələblərə cavab verən qanunvericilik bazasına malikdir. Bütün bunlar hamısı ulu öndərin şəxsi təşəbbüsü ilə həyata keçirilib".

Ə.Amaşov əlavə edib ki, Azərbaycan mətbuatının banisi olan Həsən bəy Zərdabinin yaratdığı "Əkinçi" qəzetini bu gün də vərəqləyərkən orada gündəmlə səsləşən fikirlər görmək olur.

Qeyd edək ki, 3 may - Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə ölkənin aparıcı media nümayəndələri Fəxri Xiyabanda Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin məzarını ziyarət edib.
Bölmə: Müsahibə-Reportaj | 03 may 2019 12:57 | Baxış sayı: 50





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: