Rusiya Türkiyəni Su-57 döyüş qırıcıları ilə təmin etməyə hazırdır
4-05-2019, 11:32
Oxunub: 3 026
“Rusiya Türkiyəyə beşinci nəsil Su-57 döyüş qırıcılarını tədarük etməyə hazırdır”.
ONA-nın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın “Rostex” dövlət korporasiyasının baş direktoru Sergey Çemezov bildirib.
"Türkiyə tərəfi sözügedən Rusiya texnologiyasına maraq göstərərsə, böyük məmnuniyyətlə bu təklifi qəbul edərik. Digər texniki məsələlər gələcəkdə tərəflər arasında razılaşdırıla bilər ", - deyə Çemezov əlavə edib.
Rusiya tərəfi artıq Su-57 qırıcılarının ixracını təsdiq edən sənədlərin hazır olduğunu açıqlayıb.
“Rostex”-in direktoru onu da bildirib ki, Rusiya tərəfi eyni zamanda hava müdafiə sahəsində əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır.
S.Çemezov əlavə edib ki, rəsmi Moskva Ankara ilə “C-500 Prometey” hava müdafiə sistemi layihəsi üzrə tərəfdaşlığı dəstəkləyir.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə