BolgeXeber.Com » Siyasət » Müxalifət növbəti mitinqini təyin etdi

Müxalifət növbəti mitinqini təyin etdi

4-04-2011, 14:45
Oxunub: 5 506
Aksiya aprelin 16-na təyin olunub, hazırlıqlara başlanılıb

İctima Palata aprelin 16-na mitinq təyin edib. Bu barədə musavat.com-a İP-in Koordinasiya Şurasının keçirdiyi mətbuat konfransında iştirak edən müxbirimiz Etibar Seyidağa məlumat verib.

Əməkdaşımızın verdiyi xəbərə görə, 2 aprel mitinqinin yekunlarına həsr edilmiş mətbuat konfransında xəbər verilib ki, İP yeni bir etiraz aksiyası keçirmək üçün qərar qəbul edib, aksiya aprelin 16-na təyin olunub, hazırlıqlara başlanılıb.

Bundan başqa, jurnalistlərə bildirilib ki, İctimai Palatanın növbədənkənar sessiyası aprelin 9-da keçiriləcək.

Xəbərə görə, İctimai Palata 2 aprel aksiyası zamanı həbs edilən və varələrində cinayət işi açılacağı gözlənilən şəxslərin hüquqlarını müdafiə etmək üçün müdafiə komitəsi yaradıb. Hüquqşünas Vidadi Mirkamal müdafiə komitəsinin rəhbəri təyin edilib.