XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 
Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

“Yeni Tərtər” qəzetinin 85 illik yubileyi qeyd olunub-FOTO

 “Yeni Tərtər” qəzetinin 85 illik yubileyi qeyd olunub-FOTO“Yeni Tərtər” qəzetinin ilk nömrəsinin nəşr olunmasından 85 il ötür

Bolgexeber.com xəbər verir ki,bu münasibətlə keçirilən yubiley tədbirinin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Tərtər şəhərinin mərkəzi meydanındakı abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad edib, “Yeni Tərtər” qəzetinin ötən dövr ərzindəki fəaliyyətini əks etdirən sərgi ilə tanış olublar.
Rayon ictimaiyyətinin nümayəndələrinin, ziyalıların iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Qəzetin redaktoru Tofiq Yusif çıxış edərək mətbu orqanın tarixi, keçdiyi yoldan danışıb. Məlumat verilib ki, 1934-cü ildə “Kolxozçuların varlanması uğrunda” adı ilə fəaliyyətə başlayan qəzet 1937-ci ildən “Qızıl Bayraq”, 1991-ci ildən isə “Tərtər” adı ilə nəşr edilib. 1998-ci ildən fəaliyyəti dayanan qəzet 2005-ci ildən etibarən “Yeni Tərtər” adı ilə nəşr edilməyə başlanıb. “Yeni Tərtər” qəzeti hazırda ayda 3 dəfə oxucuların görüşünə gəlir.
Qeyd olunub ki, 85 illik fəaliyyəti dövründə “Yeni Tərtər” qəzeti rayonun ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatında baş vermiş hadisələri, yenilikləri oxuculara çatdırmaqla rayonun bu dövrə aid səlnaməsini yaradıb.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini, YAP rayon təşkilatının sədri Ramiz Şabanov, vaxtı ilə rayon qəzetində çalışmış jurnalistlər Qədir Allahverdiyev, Lazım Quliyev, Svetlana Əzizova, Səbuhi Kərimov, qəzetin əməkdaşı Elfuzə Vəliyeva, ictimai muxbirlər Fitat Əliyeva, Talıb Məmmədli, Subartezian Quyularının İstismarı İdarəsinin rəisi Əli Əliyev çıxış edərək redaksiyanın kollektivini qəzetin 85 illik yubileyi münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Çıxışlarda dünyasını dəyişmiş jurnalistlər Zülfiqar Fərəcov, Zöhrab İsmayılov, Təvəkkül Nəcəfov, Hilal Bayramov, Əmiraslan Şəmsi və başqaları da yad edilib. Hazırda təqaüddə olan, 50 ildən çox rayon qəzetində müxtəlif vəzifələrdə çalışan Svetlana Bağırovanın, vaxtı ilə redaktor işləmiş Zöhrab Məmmədovun, Aydın Məmmədxanovun, Vəli İlyasovun, Lazım Quluyevin adları böyük hörmətlə çəkilib.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək bildirb ki, Müstəqil Azərbaycanın ən böyük nailiyyətlərindən biri azad mətbuatın formalaşmasıdır. Bu proses ulu öndər Heydər Əliyev tərəfindən mətbuat üzərində senzuranın götürülməsi ilə başlanmış, hər bir sahədə onun ideyalarını layiqincə inkişaf etdirən möhtərəm prezidentimiz İlham Əliyevin jurnalistlərə, mətbuatın tərəqqisinə göstərdiyi qayğı ilə davam etdirilir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sonsuz diqqəti sayəsində cəbhə bölgəsi olan Tərtər rayonu hər an gözəlləşir, dəyişir, inkişaf edir. Bu gözəlliyi biz hamımız birlikdə yaradırıq. Bu inkişafın hər anı bizim qəzetin vasitəsi ilə tarixin yaddaşına köçürülür. Şərəfli və məsuliyyətli bir missiya kimi gələcək nəsillərə çatdırılır.
Qeyd olunub ki, rayon icra hakimiyyəti daim qəzetə, onun kollektivinə arxalanır və güvənir. Gənc nəslin vətənpərvərlik tərbiyəsi, adət-ənənələrimizə hörmət, şəhid ailələrinə, müharibə əlillərinə və müharibə veteranlarına qayğının göstərilməsi, rayonumuzun sosial-iqtisadi tərəqqisi, vətəndaşlarımıza dövlət qayğısı, ümumiyyətlə, həyata keçirilən tədbirlər və qarşıya qoyulan hədəflər “Yeni Tərtər”in başlıca mövzularıdır.
Rayon rəhbəri tədbir iştirakçılarını qəzetin 85 illik yubleyi münasibəti ilə təbrik edib, “Yeni Tərtər”çilərə Vətənimizin surətli inkişafında yaradıcılıq uğurları arzulayıb.
Sonda rayon icra hakimiyyəti və “Yeni Tərtər” qəzeti tərəfindən bir qrup jurnalistə və ictimai muxbirlərə fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.

Bölmə: Media | 04 may 2019 15:23 | Baxış sayı: 68

ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: