Növbəti İslam Həmrəyliyi Oyunları hansı şəhərdə keçiriləcək?
4-05-2019, 15:26
Oxunub: 4 108
29-30 aprel və 1 may 2019-cu il tarixlərində Türkiyənin Konya şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) Əlaqələndirmə Komissiyasının növbəti iclası keçirilib.
İclasda Türkiyənin Gənclər və İdman nazirliyinin rəsmiləri, şəhər bələdiyyəsinin başçısı, Türkiyənin İdman Federasiyalarının prezidentləri və İslam Həmrəyliyi İdman Federasiyasının Əlaqələndirmə Komissiyasının üzvləri iştirak edib.
İclasda həmyerlimiz İHİF-nın İcraiyyə Komitəsinin üzvü, Əlaqələndirmə Komissiyasının üzvü və “Qadın və İdman” Komitəsinin rəhbəri - Könül Nurullayeva təmsil olunub.
İclas zamanı 5-ci İslam Həmrəyliyi Oyunlarının keçirilməsi ilə əlaqədar olaraq oyunların keçirilmə tarixi, idman proqramı, oyunların rəsmi loqo və maskotu, web səhifənin buraxılması, ümumi qaydalar, iştirak haqqı, 2021-ci ilədək qərar veriləcək iş planı və bu kimi məsələlər müzakirə edilmişdir. Bununla bərabər iclasda Oyunların İstanbul şəhərindən Konya şəhərinə verilməsi məsələsi müzakirə edilən əsas mövzulardan biri idi.
Bundan əlavə, 31-ci İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinin iclasının və 11-ci İHİF-nın Baş Assambleyasının 2019-cu ildə Türkiyədə keçirilməsi haqda qərar qəbul olunub.
Eyni zamanda, Könül Nurullayeva 5-ci İslam Həmrəyliyi Oyunları ərəfəsində Türkiyədə “Qadın: Cəmiyyətin tərkib hissəsi”, “Qadın və İdmanda Həmrəylik konfransı” mövzularında silsilə tədbirlərin keçirilməsi barədə təklif irəli sürüb.
Nəzərinizə çatdırmaq istərdik ki, Əlaqələndirmə Komissiyasının səfəri zamanı Türkiyə tərəfi Komissiyanın üzvləri üçün Konya şəhərində idman obyektlərinə baxış təşkil edib.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə