BolgeXeber.Com » Xəbərlər » Tərtərdə professor Rasim Axundovun 80 illik yubileyi qeyd edilib-FOTO

Tərtərdə professor Rasim Axundovun 80 illik yubileyi qeyd edilib-FOTO

4-05-2019, 15:29
Oxunub: 2 968 Tərtərdə professor Rasim Axundovun 80 illik yubileyi qeyd edilib-FOTOTərtər Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Tərtər şəhərində texnika elmləri doktoru, professor Rasim Axundovun 80 illik yubileyi qeyd edilib. Gənclər Mərkəzində təşkil olunan yubiley tədbirində Tərtər rayon ictimaiyyəti, elm xadimləri, ziyalılar iştirak ediblər.

Əvvəlcə professor Rasim Axundova həsr olunmuş videogörüntülər nümayiş olunub.
Tədbirdə iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov qonaqları salamlayaraq, həmyerlimiz Rasim Axundovu 80 illik yubileyi münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, elmi-pedaqoji və ictimai-siyasi fəaliyyətində uğurlar arzulayıb. Qeyd edib ki, Tərtər rayonunda dəyərli alimin 80 illik yubileyinin keçirilməsi Azərbaycan elmi, təhsili, ictimai-siyasi həyatı üçün xüsusi önəm kəsb edir. Çünki professor R.Axundov bu sahələrdə öz sözünü layiqincə demiş bir alim-ziyalıdır. Çoxsaylı kitabların, məqalələrin müəllifidir. Çıxışında rayon rəhbəri dövlətimiz tərəfindən elmə, təhsilə, elm adamlarına göstərilən qayğı və diqqətdən də söz açıb.
Tədbirdə Azərbaycan Tibb Universitetinin baş müəllimi Aidə Bəndəliyeva, AMEA-nın həqiqi üzvü, professor Vaqif Abbasov, “Nərgiz” klinikasının baş həkimi tibb elmləri doktoru Məlahət Qəhrəmanova, şair, fililogiya üzrə fəlsəfə doktoru, professor Ənvər Əhməd, AMEA-nın Torpaqşünaslıq və Aqro kimya institunun müəllimi, Aqrar elmlər üzrə fəlsəfə doktoru Aygün Əiyeva, Azərbaycan Dövlət aqrar Universitetinin dossenti Eldar Zeynalov və AMEA-nın böyük elmi işçisi Nurəddin Bağırov professor Rasim Axundovu təbrik edərək, xoş arzularını çatdırıb, onun mənalı həyatı və elmi fəaliyyətindən danışıblar. Məlumat verilib ki, Axundov Rasim Fərrux oğlu 1939-cu ildə Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində ziyalı ailəsində anadan olub. 1957-ci ildə orta məktəbi “Qızıl medal”la bitirərək, Azərbaycan Politexnik İnstitutuna qəbul olub. 1962-ci ildə təyinatla Qazaxıstanda “KAZQIPRONİİXİMMAŞ” elmi-tədqiqat institutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlayıb.
Diqqətə çatdırılıb ki, professor Rasim Axundov elmi-tədqiqat işləri aparmaqla yanaşı Azərbaycan Texniki Universitetinin “Metallar texnologiyası və metalşünaslıq” kafedrasında uzun illər mühazirə deyib, laboratoriya işləri tədris edib. Professor həmçinin AMEA nəzdində olan Xüsusi konstruktor texnoloji metalşünaslıq bürosunda laboratoriya rəhbəri vəzifəsində çalışıb. O, 200-dən çox elmi əsərin, 3 monoqrafiyanın, 2 dərs vəsaitinin və 1 publisistik kitabın müəllifidir.
Sonda R.Axundov çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib. Yubilyara rayon icra hakimiyyətinin fəxri fərmanı və qiymətli hədiyyə təqdim olunub.
Bolgexeber.com