Əli Əhmədov: "Pensiya və maaşlar yenə artırılacaq"
4-05-2019, 17:04
Oxunub: 4 609
Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini – İcra katibi Əli Əhmədov ATV telekanalına müsahibə verib.
Qaynarinfo-nun verdiyi xəbərə görə, sədr müavini son zamanlar ictimayyətin əsas müzakirə obyektlərindən biri olan Avropa Birliyi – Azərbaycan münasibətlərinə toxunub. Əli Əhmədov bildirib ki, bu əməkdaşlıq müstəqil dövlət olan Azərbaycanın maraqları çərçivəsindədir və bu istənilən əməkdaşlıqda ən vacib amildir:
"Azərbaycanın istənilən qurumlarla, təşkilatlarla, beynəlxalq qurumlarla əməkdaşlığı hər şeydən əvvəl Azərbaycanın müstəqilliyinin ifadəsi və Azərbaycanın milli maraqlarının qorunması əsasında olacaqdır. Azərbaycan bu çərçivədə istənilən qurumlarla, o cümlədən AB ilə əməkdaşlıq edir. Bu proses başa çatdıqdan sonra, saziş imzalandıqdan sonra Azərbaycanın AB ilə əməkdaşlığı reallaşacaqdır və bundan irəli gələn vəzifələr ardıcıl sürətdə həyata keçiriləcəkdir".
2019-cu ilin əvvəllərindən etibarən dərinləşən struktur və sosial islahatlardan danışan baş nazirin müavini qeyd edib ki, Prezident İlham Əliyevin elan etdiyi islahatlar davamlı olacaq, həmçinin müvafiq sərəncamların əhatə dairəsindən kənarda qalan vətəndaşlar da mütəmadi olaraq öz həyatlarının yaxşılaşdırılması yönündə atılacaq addımların şahidi olacaq:
"İkinci bir tərəfdən isə Azərbaycan dövlətinin imkanlarının artmasına uyğun şəkildə yeni maaşların, pensiyaların, müavinətlərin artırlmasıyla bağlı sərəncamlar imzalanacaqdır. Bu prezidentin həyata keçirdiyi siyasətin mahiyyətindən irəli gəlir və uzun sürən davamlı xətt olaraq reallaşacaqdır. Bizim hədəfimiz, bizim məqsədimiz Azərbaycan vətəndaşının rifahını, yaşayış səviyyəsini gündəngünə yaxşılaşdırmaq və hər il daha yüksək səviyəyə qaldırmaqdan ibarətdir".
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər