XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Moskvada təyyarə tamamilə yandı, 41 ÖLÜ - VİDEO

Moskvada təyyarə tamamilə yandı, 41 ÖLÜ - VİDEORusiyanın "Şeremetyevo" hava limanında baş verən təyyarə yanğınında ölənlərin sayı 41-ə çatıb.

Bolgexeber.com Trend-ə istinadən xəbər verir ki, bunu İstintaq Komitəsinin nəqliyyat üzrə Moskva Regionlararası İdarəsinin nümayəndəsi Yelena Markovskaya bildirib.

Daha öncə 13 nəfərin həlak olduğu bildirilirdi.

Hazırda bütün xilasetmə işləri başa çatıb.

Qeyd edək ki, dünən Moskvanın "Şeremetyevo" hava limanında "Sukhoi Superjet 100" təyyarəsində yanğın baş verib. Son məlumatlara əsasən, hadisə nəticəsində 13 nəfər həlak olub.

Göyərtəsində 78 nəfər olan təyyarə Moskvadan Murmanska uçurdu. "Şeremetyevo" hava limanında qəza enişi etdikdən sonra isə "Sukhoi Superjet 100" alışıb.

Təyyarənin ekipajı bildirib ki, yanğın təyyarəni ildırım vurduğuna görə baş verib.

---------

02:22

Moskvanın Şeremetyevo hava limanında qəza enişi edən təyyarədə baş verən yanğın nəticəsində ölənlərdən ikisi uşaqdır.

Bunu Rusiyanın İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.

Qeyd edək ki, dünən Moskvanın Şeremetyevo hava limanında "Sukhoi Superjet 100" təyyarəsində yanğın baş verib. Son məlumatlara əsasən, hadisə nəticəsində 13 nəfər həlak olub.

Göyərtəsində 78 nəfər olan təyyarə Moskvadan Murmanska uçurdu. Şeremetyevo hava limanında qəza enişi etdikdən sonra isə "Sukhoi Superjet 100" alışıb.

Təyyarənin ekipajı bildirib ki, yanğın təyyarəni ildırım vurduğuna görə baş verib.

-----------------

05.05.2019

22:21

Moskvada qəza enişi edən "Sukhoi Superjet 100" təyyarəsinin alışması nəticəsində ölənlərin sayı 13-ə çatıb.

Hadisə nəticəsində daha 6 nəfər yaralanıb. Sərnişinlərin bir hissəsinin taleyi məlum deyil.

---------

21:16

Moskva - Murmansk reysi üzrə uçan sərnişin təyyarəsi göyərtədə baş verən yanğın səbəbindən Şeremetyevo hava limanına geri qayıdıb.

Hadisə nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

---------

20:35

Moskva - Murmansk reysi üzrə uçan sərnişin təyyarəsi göyərtədə baş verən yanğın səbəbindən Şeremetyevo hava limanına geri qayıdıb.

Enişdən sonra yanğın güclənib və təyyarə bütünlüklə alova bürünüb.

Olay zamanı xəsarət alanların olub-olmaması ilə bağlı məlumat verilmir.

Hadisənin səbəbləri araşdırılır.



Bölmə: Dünya | 06 may 2019 10:33 | Baxış sayı: 109





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: