BolgeXeber.Com » İdman » “Qarabağ” 7-ci dəfə Azərbaycan çempionu olub

“Qarabağ” 7-ci dəfə Azərbaycan çempionu olub

6-05-2019, 11:10
Oxunub: 3 549 “Qarabağ” 7-ci dəfə Azərbaycan çempionu olub"Qarabağ" klubu Azərbaycanın futbol üzrə Topaz Premyer Liqasının 2018/2019 mövsümünün çempionu olub.

Premyer Liqasının 27-ci turu çərçivəsində Ağdam klubu Tofiq Bəhramov adına Respublika Stadionunda "Səbail" klubunu qəbul edib.

Oyun "Qarabağ"ın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Beləliklə, "Qarabağ" aktivindəki xalların sayını 63-ə çatdıraraq ən yaxın izləyicisi olan "Neftçi" (58 xal) üçün çempionatın yekunlaşmasına 1 tur qalmış əlçatmaz olub və çempionluğa nail olub.