BolgeXeber.Com » Xəbərlər » Azərbaycanda yeni apellyasiya şuraları yaradılır - FƏRMAN

Azərbaycanda yeni apellyasiya şuraları yaradılır - FƏRMAN

6-05-2019, 17:23
Oxunub: 1 665 Azərbaycanda yeni apellyasiya şuraları yaradılır - FƏRMANPrezident İlham Əliyev dövlətə məxsus olan hüquqi şəxslərdə apellyasiya şuralarının yaradılması haqqında fərman imzalayıb

Sənədə əsasən, dövlətə məxsus olan hüquqi şəxslərdə apellyasiya şuraları yaradılıb.

Fərmanla müəyyən edilib ki, “dövlətə məxsus olan hüquqi şəxs” dedikdə:

- paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan səhmdar cəmiyyəti, məhdud məsuliyyətli cəmiyyət və digər təşkilati-hüquqi formada fəaliyyət göstərən kommersiya hüquqi şəxsi;

- dövlətin yaratdığı qeyri-kommersiya hüquqi şəxsi və publik hüquqi şəxs nəzərdə tutulur;

Fərmanın 1-ci hissəsi dövlətə məxsus olan hüquqi şəxslərin özlərinin, həmçinin mərkəzi və yerli icra hakimiyyəti orqanlarının tabeliyindəki hüquqi şəxslərə şamil edilmir.