BolgeXeber.Com » Dünya » Facebook-da "pullu" yenilik olacaq

Facebook-da "pullu" yenilik olacaq

7-05-2019, 09:54
Oxunub: 3 003 Facebook-da "pullu" yenilik olacaq"Facebook" sosial şəbəkəsi istifadəçilərə reklama baxışa görə ödəniş etmək üçün öz kriptovalyutasını yaratmaq imkanını nəzərdən keçirir

Bu haqda öz mənbələrinə istinadən "The Wall Street Journal" yazıb.

Bolgexeber.com ICTnews-a istinadən bildirir ki, "Facebook" rəhbərliyi bu üsulla istifadəçilərin aktivliyini artırmağı planlaşdırır.

Nəşrin məlumatına görə, "Facebook"un nümayəndələri bu məqsədlə "Visa" və "Mastercard" ilə danışıqlar aparırlar. Layihə "Project Libra" adlandırılıb.