BolgeXeber.Com » Siyasət » İstanbulda seçkilər iyunun 23-də keçiriləcək - YSK-dan rəsmi qərar

İstanbulda seçkilər iyunun 23-də keçiriləcək - YSK-dan rəsmi qərar

7-05-2019, 09:57
Oxunub: 3 304 İstanbulda seçkilər iyunun 23-də keçiriləcək - YSK-dan rəsmi qərarTürkiyə Ali Seçki Komissiyası (YSK) yekun qərarını açıqladı.



Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə YSK-nın yazılı açıqlamasında bildirilib.



YSK-nın qərarı ilə İstanbulda seçkilərin nəticəsi ləğv edilib və İstanbul Böyükşəhər Bələdiyyə başqanı Əkrəm İmamoğlunun səlahiyyətinə xitam verilib.



YSK İstanbulda yeni bələdiyyə seçkilərinin iyunun 23-də keçirilməsinə qərar verib.