BolgeXeber.Com » Bölgə » 2019-cu ilin birinci rübü Füzulidə uğurlu nəticələrlə yadda qalıb

2019-cu ilin birinci rübü Füzulidə uğurlu nəticələrlə yadda qalıb

7-05-2019, 11:01
Oxunub: 3 836 2019-cu ilin birinci rübü Füzulidə uğurlu nəticələrlə yadda qalıbFüzuli rayon İcra Hakimiyyətinin başçısı yanında Şuranın rayonun 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda vəzifələrə həsr olunmuş geniş hesabat iclası keçirilmişdir

İclasda Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Ərazi təşkilat məsələləri şöbəsinin məsul işçisi Əflatun Rufiyev, Şura üzvləri, idarə, müəssisə, təşkilatların, hüquq-mühafizə orqanlarının rəhbərləri, icra nümayəndələri, bələdiyyələr, sahibkarlar, ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev “Füzuli rayonunun 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə çıxış etmişdir. Alı Alıyev 2019-cu ilin bütün respublikamızda olduğu kimi Füzuli rayonunda uğurlu göstəricilərlə yada qaldığını vurğulamışdır.
Qeyd etmişdir ki, cari ilin birinci rübündə bütün sahələrdə inkişafla, iqtisadi artımla müşayiət olmuş, əhalimizin həyat səviyyəsi yüksəlmiş, uğurlarımız artmışdır.
Alı Alıyev rayonun 2019-cu ilin ilk 3 ayının sosial-iqtisadi göstəriciləri barədə geniş məlumat vermiş, kənd təsərrüfatı, sənaye, tikinti, quruculuq, rabitə və digər sahələdrə əldə olunan nailiyyətlərdən, mövcud nöqsan və çatışmazlıqlardan bəhs etmiş, aidiyyəti xidmət təşkilatlarına yol verdikləri nöqsanlardan nəticə çıxarmalarını tələb etmişdir.
Hesabat yığıncağında Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Ərazi təşkilat məsələləri şöbəsinin məsul işçisi cənab Əflatun Rufiyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi altında son 15 ildə, o cümlədən 2019-cu ilin birinci rübündə Respublikamızda sosial-iqtisadi və digər sahələrdə qazanılmış uğurlardan bəhs etdi.
Əflatun Rufiyev əmin olduğunu bildirdi ki, Füzuli rayonunda 2019-cu ildə qarşıda duran vəzifələr uğurla yerinə yetiriləcək, əvvəlki illərlə müqaisədə daha böyük nailiyyətlər qazanılacaqdır. O, bu işdə rayon əhalisinə ən xoş arzularını bildirdi.
İclasda xidmət təşkilatlarının 2019-cu ilin birinci rübündəki fəaliyyətlərinə dair hesabatları dinlənilmiş, rəy və təkliflər irəli sürülmüşdür.
Alı Alıyev sonda füzulili məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən, aqrar sektorda, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə əldə olunan naliyyətlərdən danışmış, uğurlarla yanaşı problemləri də qeyd etmiş, 2019-cu il ərzində qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.
Bolgexeber.com
2019-cu ilin birinci rübü Füzulidə uğurlu nəticələrlə yadda qalıb
2019-cu ilin birinci rübü Füzulidə uğurlu nəticələrlə yadda qalıb
2019-cu ilin birinci rübü Füzulidə uğurlu nəticələrlə yadda qalıb
2019-cu ilin birinci rübü Füzulidə uğurlu nəticələrlə yadda qalıb
2019-cu ilin birinci rübü Füzulidə uğurlu nəticələrlə yadda qalıb