XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Mehriban Əliyeva tarixi bina ilə bağlı məsələni nəzarətə götürdü

Mehriban Əliyeva tarixi bina ilə bağlı məsələni nəzarətə götürdüAzərbaycanın və onun paytaxtı Bakının memarlıq və tarixi irsinin qorunub saxlanılması hər birimiz üçün prioritet məsələdir. Onun həlli üçün həm vətəndaş mövqeyi, həm insanların öz doğma şəhərinin simasına biganə yanaşmaması, həm də fəal ictimai nəzarət gərəkdir.

Bu barədə Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva öz İnstagram səhifəsində yazıb.

M. Əliyeva qeyd edib ki, Bakının Süleyman Rüstəm küçəsindəki qədim bina ətrafında yaranmış vəziyyət dövlətin nəzarəti altındadır.

“Ölkəmizin mədəni irsinə xələl gətirilməməsi üçün bütün lazımi tədbirlər görülür. Axı unikal və müxtəlif memarlıq abidələri bizim ümumi sərvətimizdir. Ölkəmizi, şəhərimizi doğma evimiz - ümumi evimiz kimi qorumalıyıq”, - deyə, M. Əliyeva yazıb.

Qeyd edək ki, son günlər sosial şəbəkədə əvvəllər malakanların ibadət evi olmuş, hazırda isə “Salaam Cinema”nın yerləşdiyi binanın sökülməsi ilə bağlı söhbətlər yayılıb.
Bölmə: Siyasət | 08 may 2019 10:38 | Baxış sayı: 45





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: